KONFRANS HAQQINDA

Məlumdur ki, müasir dövrdə informasiya texnologiyalarının ən səmərəli vasitələrindən biri informasiya sisteminin qurulmasıdır. Hazırda İKT-dən həm idarəetmədə proseslərin, həm də ayrı-ayrı istifadəçilərin informasiya təlabatını ödəmək üçün geniş istifadə olunur. Müasir idarəetmə ayrı-ayrı sahələrdə yaranan informasiyanın yeni texnika və texnologiyaların tətbiqi ilə emal edilərək optimal idarəetmə qərarlarının qəbul edilməsi əsasında qurulmuşdur. Ölkə¬miz də daxil olmaqla, bütün dövlətlərin hüquq sisteminin müasir dövrün texno-loji çağırışlarına, həmçinin süni intellekt texnologiyalarına adekvat olaraq inkişaf etdirilməsini zəruri edir. Ölkəmizdə də müxtəlif dövrlərdə bu istiqamətdə müəyyən normativ-hüquqi sənədlər qəbul olunub. Lakin bu gün ölkəmizdə sürətlə reallığa çevrilən süni intellekt texnologiyaları ilə bağlı yeni qa¬nunların qəbul edilməsinə ehtiyac vardır. Çünki insanlar öz gündəlik həyatında və əmək fəaliyyətində dronlar, robotlar və digər müxtəlif qurğular və proqram sistemlərindən istifadə edirlər. Nəzərə almaq lazımdır ki, müasir texnologiyalar cəmiyyətə, insanların sağlamlığına və s. ziyan vura bilər. Ona görə də Azərbaycanda bu məsələyə diqqət daha da artırılmalı, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq normativ-hüquqi baza formalaşdırılmalıdır. İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən çox mühüm məsələdir. Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olmuşdur. Bu dövrdə təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilmişdir ki, bu da ölkənin təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərdən biri olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlmişdir. Bu sahədə müxtəlif illəri əhatə edəcək Dövlət Proqramları qəbul olunmuşdur. Dövlət Proqramlarının əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasıya olunması üçün şərait yaradılmasıdır. Konfrans İKT-nin idarəetmədə, təhsildə, elm və tədqiqatlarda, təhlükəsizlikdə, dövlət strukturlarında, kommunikasiya və rabitə sahələrində yeni və keyfiyyətli tədqiqatlar aparan müxtəlif elm və ali təhsil müəssisələrindən olan yüzlərlə elm adamlarını bir araya gətirir. Əsas məqsəd ümumi maraq və problemlər ətrafında birləşmiş elm adamlarını eyni coğrafi məkana toplamaqdır.

KONFRANSIN İSTİQAMƏTLƏRİ

1. İdarəetmədə süni intellekt və ekspert sistemləri
2. Böyük verilənlərin emalı problemləri və üsulları
3. Mürəkkəb obyektlərin və proseslərin idarə edilməsində informasiya texnologiyaları
4. İntellektual informasiya sistemləri
5. Kompüter şəbəkələri və kibertəhlükəsizlik məsələləri
6. Təhsildə informasiya texnologiyalarının tətbiqi

TEZİSLƏRİN TƏRTİBİ QAYDASI

Kağızın ölçüsü: A4
Boş sahə: hər tərəfdən 2 sm
Şrift: Times New Roman, 12 pt
Sətirarası interval: 1,15 sm.
Abzas: 1,25 sm
Məqalənin adı: ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin soyadı, adı, atasının adı: ortadan, qalın şriftlə
İş yeri, şəhər, ölkə: ortadan, qalın şriftlə
E-poçt ünvanı: ortadan, qalın şriftlə
Açar sözlər (3-5 söz): Azərbaycan, ingilis və rus dillərində
Xülasə (250-300 söz): məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi: 2 səhifəyədək
Düstur: Microsoft Equation
Ədəbiyyata istinadlar: APA tərzinə uyğun olaraq – cümlənin sonunda dəyirmi mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi, səhifə.
Nümunə üçün: (Səmədova, 2024, s. 393)
Ədəbiyyat siyahısı: Mətndə qeyd olunan hər bir mənbə ədəbiyyat siyahısında əks olunur. Siyahı müəllifin adı ilə əlifba sırası ilə tərtib edilir.