DƏVƏT MƏKTUBU

Dəyərli elm adamı!
05-06 noyabr 2024-cü il tarixlərində üz-üzə və onlayn keçirəcəyimiz “İdarəetmədə və təhsildə informasiya kommunikasiya texnologiyaları” II Respublika Elmi konfransında iştirakınızdan məmnun olarıq. Düşüncələrin bir olması, elmi yeniliklərin müzakirəsi və yeni layihələrə zəmin yaratması məqsədi ilə, Siz dəyərli elm adamlarını şərqin qapısı – Naxçıvana dəvət edirik. Etik prinsiplər və orijinal tədqiqatların yer alacağı konqremizdə təqdim olunan məqalə və tezislər dəqiqliklə incələnəcək və sonda konfrans kitabında nəşr olunacaqdır. Konfransımıza dəyərli tədqiqatlarınızla qatılmağınızı arzu edirik.
Hörmətlə,
“İdarəetmədə və təhsildə informasiya kommunikasiya texnologiyaları” II Respublika Elmi Konfransının təşkilat komitəsi

Məlumatlar

MÜHÜM MƏLUMATLAR:
- Ödənişsiz iştirak
- Üz-üzə və online təqdimatlar
- Xülasə və tam məqalə nəşri
- İştirak sertifikatı
KONFRANS YERİ:
Naxçıvan Dövlət Universiteti Konqres Mərkəzi
MÖVZULAR:
- İdarəetmədə süni intellekt və ekspert sistemləri
- Böyük verilənlərin emalı problemləri və üsulları
- Mürəkkəb obyektlərin və proseslərin idarə edilməsində informasiya texnologiyaları
- İntellektual informasiya sistemləri
- Kompüter şəbəkələri və kibertəhlükəsizlik məsələləri
- Təhsildə informasiya texnologiyalarının tətbiqi
MÜHÜM TARİXLƏR:
Qeydiyyat və mövzuların təqdimi üçün son tarix: 21.10.2024
Tezis və ya tam mətin göndərmək üçün son tarix: 25.10.2024
Konfrans proqramının yayım tarixi: 29.10.2024
Konfransın keçirilmə tarixi: 05-06.11.2024
Konfrans kitabının yayım tarixi: 20.12.2024
Konfransın dili: Azərbaycan, Rus, İngilis, Türk dilləri